“Çölün qəzəbi” adı altında genişmiqyaslı hərbi əməliyyat davam edir
“Tövhid” briqadası Suriyanın Hələb şəhərində rejimə aid hərbi konvoya hücum ediblər. Bunun nəticəsində 20 əsgər həyatını itirib. ANS PRESS xarici informasiya vasitəsinə istinadən xəbər verir ki, briqadanın mətbuat xidmətinin rəhbəri Yasir Əhmədin sözlərinə görə, hücum zamanı rejimə bağlı ordu birliklərinə məxsus 2 ədəd tankı və 2 ədəd yüngül zirehli texnika məhv edilib. Hazırda briqada bölgədə “Çölün qəzəbi” adı altında genişmiqyaslı hərbi əməliyyatı davam etdirir.