Sabiq şöbə müdirinin saxta diplom təşkil etdiyi üzə çıxdı
Bir müddət bundan əvvəl Kəlbəcər rayon təhsil şöbəsinin rəhbəri Məhəmməd Bağırova qarşı şok ittihamlar səsləndirən rayon köçkünü Fərqanə Ələkbərovanın dedikləri təsdiqlənib.
Bir neçə ay öncə Fərqanə Ələkbərova Avropa.info-ya verdiyi sensasiyalı videomüsahibəsində Məhəmməd Bağırovun ona müəyyən şərtlər müqabilində ona saxta diplom, Bakı şəhərində ev, maşın alacağını bildirib. Müsahibəsində Fərqanə Ələkbərova təhsil müdirinin verdiyi vədlərin içində ancaq ona saxta diplom alıb: “Mənə Müəllimlər Institutundan saxta diplom düzəltdi. Mənə dedi ki, sənə həyatda nə desən, nə istəsən edəcəm. Özüm də səni ərə verəcəm. Mənim adımı batırdı. Insanlar içinə çıxa bilmirdim. Ailə qura bilmirəm. Valideyinlərimlə birlikdə Kəlbəcərin icra başçısı Vidadi Məhərrəmovun yanında olduq. Dedi, bu söhbəti danışmayın. Mən bağlayacam. Kəlbəcərin adına ayıbdı deyib, bizə şikayət etmətə imkan vermədi. Vidadi müəllim, imkan vermədi biz ondan şikayət edək”.
Ancaq bu video sonradan ictimailəşəndən sonra M.Bağırov F.Ələkbərovaya müxtəlif yollarla təzyiq və təsir edərək, jurnalist Ərşad Ibrahimlinin ondan zorla müsahibə aldığını dedizdirib.
Adıçəkilən Gəncədəki hüquq-mühafizə orqanlarına şikayət edərək, jurnalistin guya onunla müsahibəni boğazına bıçaq dirəyərək, zorla aldığını idda etmişdi. Bu olayla bağlı Gəncə prokurorluğunda aparılan araşdırma zamanı F.Ələkbərovanın dedikləri sübuta yetirilməyib.
“Bizim Yol” qəzeti təhsil şöbəsi rəhbərinin Fərqanə Ələkbərovaya aldığı saxta diplomun surətini əldə edib. Gəncə Müəllimlər Institutunun direktoru Ramiz Məmmədovun imzasıyla diplom əvəzi arayış Fərqanə Ələkbərovanın işə qəbul olunması üçün verilib.
“Bizim yol”