MAQATE-nin keçmiş baş direktoru, Nobel mükafatı laureatı Məhəmməd Əl Baradeyi Misir prezidentiliyinə namizədliyini irəli sürəcək. Baradeyinin belə bir qərara gəldiyini “Reuters” agentliyi məlumat verib.
Məlumata görə, Əl Baradeyi bildirib ki, prezident seçildiyi təqdirdə xaricdə topladığı təcrübəni Misirin xeyrinə yönəldəcək. O, ölkədəki kasıblığa da diqqət yetirəcəyini, prezident kimi ilk görüşünü gecəqondularda keçirəcəyini vurğulayıb.
Xatırladaq ki, Əl Baradeyi Misirdə mitinqlər başlayandan sonra ölkəyə qayıdıb və müxalifət hərəkatına başçılıq edib.