ADP-çi gəncə təzyiq edirlər

Milli Şuranın 18 avqust mitinqindən sonra aksiyada iştirak edən gənclərin bir neçəsinə təzyiqlər başlayıb. “Azadlıq”a verilən məlumata görə, mitinqdə fəallığı ilə seçilən ADP-nin Yasamal rayonu üzrə gənclər təşkilatının sədri Orxan Babayevi aksiya bitdikdən sonra mülki geyimlilər hədələyib. Qeydiyyatda olduğu ünvana sahə müvəkkili gəldiyini deyən gənc fəal bildirir ki, mitinqdən öncə də naməlum şəxslər onu hədələyib. 

Qeyd edək ki, bir neçə gün öncə Orxan Babayevi Yasamal rayon Polis Idarəsi əməkdaşları təqib edib. Belə ki, polis idarəsinin işçiləri ailə üzvlərinə təzyiq göstərərək bildiriblər ki, övladları aksiyalarda fəal iştirak və prezident seçkiləri ərəfəsində gənclər arasında fəallıq edir.

Ramin