Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov qurumun 18 avqustda keçirdiyi ilk mitinqi müsbət qiymətləndirir.
İbrahimbəyov “Yeni Müsavat”a açıqlamasında deyib ki, obyektiv amillərə və hakimiyyətin yaratdığl maneələrə baxmayaraq, mitinq yüksək səviyyədə baş tutb. Onun fikrincə, hakimiyyətin yaratdığı maneələr, avqust ayının istisi, insanların yay tətilində, aksiya üçün ayrılan meydanın isə şəhərin kənarında olması müqabilində Milli Şuranın o cür kütləvi mitinq keçirməsi müsbət qiymətləndirilməlidir: “Mitinq çox uğurlu keçdi. Mən Moskvadan hər şeyi izləyirdim. Məncə, çox yaxşı səviyyədə mitinq keçdi və çıxışlar da xoşuma gəldi. İnsanların əhval-ruhiyyəsi də yaxşı idi və məndə müsbət təəssürat yaratdı”.
R.İbrahimbəyov hesab edir ki, Milli Şuranın mitinqləri davamlı olmalıdır.