Misirdə 38 məhbus ölüb

Avqustun 19-da Misir həbsxanalarından birində 38 məhbus həlak olub.

Onlar «Müsəlman qardaşları»nın tərəfdarları olan məhbusların həbsxanada qiyamı zamanı həlak olublar.

«France-Presse» agentliyinin məlumatına görə, polis qiyamı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.Rəsmilər bildiriblər ki, məhbusların girov götürdüyü zabiti azad etmək üçün güc işlətməyə məcbur qalıblar.Misirin Müdafiə naziri Abdel Fattah al-Sisi deyib ki, ordu ölkədə zorakılığın davam etməsinə yol verməyəcək.

Son 4 gündə təhlükəsizlik qüvvələri ilə «Müsəlman qardaşları» tərəfdarları arasındakı qarşıdurmada 800-dən çox adamın öldüyü bildirilir.