YAP-çılar jurnalistlərin binasına soxuldu

Siyavuş Novruzovla Mübariz Qurbanlı mitinqi izləmək üçün binanın blokunun qapısını sındırıblar

YAP-çı deputatlar Siyavuş Novruzov və Mübariz Qurbanlı Milli Şuranın avqustunda keçirilən mitinqini jurnalistlər üçün tikilən binadan izləyiblər. Şahidlər deyir ki, onlar binaya daxil olmaq istəyəndə blokun qapısı bağlı olub. Siyavuş Novruzovla Mübariz Qurbanlı çıxış yolunun qapının sındırılmasında görüblər. Qapı sındırıldıqdan sonra YAP-çılar çardağa qalxıblar və mitinqə oradan tamaşa ediblər.
Siyavuş Novruzovla Mübariz Qurbanlının jurnalistlərin mənzilinə hansı əsasla soxulduqları bəlli deyil. Bu azmış kimi blokun qapısını sındırıblar. Əslində burada təəccüblü heç nə yoxdur. YAPsayağı monitorinq elə bu cür ola bilərdi.