«Barsa» mövsümə rekordla başladı

İspaniya çempionatının I turu çərçivəsində «Barselona» «Levante»ni qəbul edib. Kataloniya klubu mövsümü yeni rekordla başlayıb. Belə ki, 7-0 başa çatan oyunda birinci hissədə 6 qol vurulub. Bu da İspaniya çempionatı tarixində bir ilkdir. İndiyə qədər birinci hissədə qapısını toxunulmaz saxlamaqla 6 top vuran komanda olmayıb.  Qolları Aleksis Sançes (3-cü dəq.),  Leonel  Messi (12 və 42-ci dəq.) Dani Alveş ( 23-cü dəq.),  Pedro Rodriqes (26-cı dəq.) və  Xavi Ernandes (45-ci dəq.) vurub. 73-cü dəqiqədə Pedro dubl edərək hesabı 7-0-a çatdırıb.   

 
azadliq.info