Sərkisyan Əliyevin seçilməsini istəyir

“Ermənistan üçün İlham Əliyevin seçilməsi daha məqbuldur”

“Ermənistan üçün Azərbaycandakı prezident seçkilərində İlham Əliyevin qalib gəlməsi sərfəlidir”. Ukrayna mətbuatının yazdığına görə, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin bir qrup gənci ilə görüşü zamanı deyib.
Gənclərdən birinin bu mövzuda sualına Sərkisyan belə cavab verib: “Ermənistan üçün demokratiya yolunda hərəkət edən qonşuların olması vacibdir. Bu baxımdan bizə, bir qonşu və xüsusilə danışıqlarda tərəfdaş kimi, demokratik Azərbaycan sərfəlidir. Lakin bunu kənara qoysaq, Ermənistan üçün İlham Əliyevin seçilməsi daha məqbuldur. Çünki biz Dağlıq Qarabağla bağlı çətin də olsa, uzun danışıqlar yolu keçmişik. Təxmini də olsa, problemin həlli yolları müəyyənləşib”.