Yalan yoluyla qurulan hakimiyət! “Hakimiyətə gəlim, pencəyimi çiynimə atıb gedib oturacam Xankəndində”. Bu yalan hakimiyətinin, rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq, monopoliya hakimiyətinin qurulmasının 20-ci ilində Qarabağı bizdən alan ölkənin – Rusiyanın prezidenti pencəyini çiyninə ataraq armadası ilə birgə gəlib Bakıda oturdu. Azərbaycanda əliyevçi IŞĞAL rejimini quran, bütün çətin çağlarında bu rejimin arxasında duran bir dövlətin başçısı. Qabağca Göyçə-Zəngəzuru, sonralar Qarabağı qanlı qırğın yolu ilə bizdən alıb erməniyə verən, Azərbaycan torpaqlarında “Ermənistan” yaradan dövlətin başçısı!
O, (Putin) Bakıya, demək olar, armada ilə gəlmişdi. Ancaq Rusiyanın əskilərdənqalma işğalçı imperiya xarakterinə uyğun olaraq Bakıya güc yoluyla gəlməmişdi. Onu Bakıya Əliyevlərin indiki prezidenti Ilham Əliyev gətirmişdi. Informasiya portallarının bildirdiyi kimi, Putinin Bakıya gəlişindən az qabaq I.Əliyev Moskvada olmuş, Putinlə görüşə bilməsə də, Putinin klon-gölgəsi olaraq tanınan Medvedevlə görüşə bilmişdi. Çox ola bilsin, Medvedevlə görüşdə olduca böyük, istənildiyindən də artıq boyunolmalardan sonra, yalnız bundan sonra, Vikiliks saytının bəlli açıqlaması nədənilə Putinlə I.Əliyev arasında yaranmış soyuqluq aradan qalxmışdı. Sözsüz, o gizli görüş sürəcində baş tutan gizli alış-verişdən sonra Putin I.Əliyevin seçkiöncəsi Bakı çağırışına qol qoymuşdu. Bəlli olduğu kimi, I.Əliyev qabaqlar seçkiöncəsi rejimə yardım üçün Bakıya Rusiyanın KQB generalları Ruşaylo ilə Lebedevi gətirdirdi. Indi daha böyük çətinliklə üzləşdiyindən Bakıya Putinin özünü gətirmək gərəyi yaranmışdı. Gətirdi, ancaq… Azərbaycanı yenidən Rusiyanın ayaqları altına atmaq bahasına!
I.Əliyevin gizli etmək istədiyini Putin açıb ortaya qoydu: Bakıya yersiz yerə armada gətirməklə! Ancaq Putin belə bir açıq, gözəgirən görsənişlə də yetərlənmədi, görünür, Vikiliks saytının bəlli açıqlamasının doğurduğu acığa görə daha bir acıq çıxdı: “məni sən özün çağırmısan”. Burasını demədi: çətin duruma düşdüyünə görə. Indi “Röyter” başda olmaqla Putinin Bakıdan əliboş qayıtdığını yazanlar, deyənlər var. “Röyter” özü bilər – əliyevçi rejimin əli indi çox-çox uzaqlara gedib çatır. Bizdəki oxşar düşüncələrə gəlincə, gəlin özümüzü aldatmayaq. Putin Rusiyanın işğalçı imperiya siyasətinə bağlı ayıq, güclü bir dövlət adamıdır. Üstəlik, KQB yetirməsi. I.Əliyevin necə çətin duruma düşdüyünü görən Putin onun çətin durumundan maksimum yaralnamağı çoxdan göz altına alıb. O, yuxarıda sözügedən gizli görüşdə kəsmət kəsməklə, işi oradaca protokollaşdırmaqla az qala bütün Rusiya hökumətini çəkib Bakıya gətirmişdi. Bütün uzlaşmalar qabaqcadan, o gizli görüşdə baş tutmuşdu. Bakı görüşünün payına düşən yalnız texniki işlər idi. Sözsüz, Putin o texniki işləri I.Əliyev hökumtinə Moskvada da gördürə bilərdi. Ancaq onda indiki üstün, güclü (armadalı!) Rusiya effekti alınmayacaqdı! Putin indiki Bakı GEDIŞI ilə qarşıdakı çətin seçki baxımından I.Əliyevə hansısa üstünlük, özünə siyasi-ideoloji, mənəvi-psixoloji baxımdan dividendlər qazandırmağa çalışdı. Ikinciyə quşqu yoxdur: Putin rusların ölən, öləziyən imperiya düşüncələrinə az da olsa dirçəliş gətirdi…
I.Əliyevə seçkiöncəsi “hansısa üstünlük” – bax, burası qaranlıq qalır. Azərbaycan minlərlə ən təpərli, ən dəyərli oğullarını qurban verməklə Rusiyadan ayrılıb-üzülüşməyə çalışmışdı. Əliyevlər sonu görünməyən acgözlüklə, oğurluq milyardları trilyonlara çevirmək istəyi ilə Azərbaycanı yenidən bir çox bağlarla Rusiyaya bağlayırlar – uğrunda minlərlə şəhid verdiyimiz Qarabağdan, gerçək suverenlikdən keçməklə olsa belə. Indilikdə – oğurluq, soyğunçuluq yolu ilə ölkənin milyarldlarına yiyələndikdən sonra – onlara formal suverenlik də əl verir: təki hakimiyət əldən getməsin!
Əliyevlərin aldatdığı Azərbaycan
•