Əli Əkbər Salehinin Iran Atom Enerjisi Təşkilatının rəhbəri təyin ediləcəyi təsdiqlənib. Iran prezidentinin müşaviri Məhəmmədrza Sadiq bildirib ki, Həsən Ruhani Ə.Salehini bu vəzifəyə layiq görüb: “Salehi həmçinin Iranın vitse-prezidenti vəzifəini icra edəcək”.
Qeyd edək ki, Ə.Salehi Iranın keçmiş prezidenti Mahmud Əhmədinejadın hökumətində 2.7 il xarici işlər naziri vəzifəsini icra edib. O, həmçinin 2009-2010-cu illərdə Iran Atom Enerjisi Təşkilatının rəhbəri olub. Ə.Salehi Iranın eks-prezidenti Məhəmməd Xatəminin hökumətində, yəni 1997-2005-ci illərdə Iranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (ABEA) nümayəndəsi, Əliəkbər Haşimi Rəfsəncaninin hakimiyyəti zamanı isə elm, tədqiqat və texnologiya nazirinin müavini vəzifələrində çalışıb.
O, 1949-cu ildə Kərbəla şəhərində anadan olub, 1968-ci ildə Beyrut-Amerikan Universitetində mexanika mühəndisliyi təhsili alıb. 1977-ci ildə ABŞ-ın M.I.T. Universitetində nüvə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. O, 1982-1984 və 1989-1993-cü illərdə Tehran Şərif Sənaye Universitetinin rektoru olub(APA).