Qəbələdə AXCP fəalını tutdular

Cəbhəçi  türkdilli dövlət başçılarının güdazına getdi

AXCP Qəbələ rayon şöbəsinin fəalı Tehran Musayev həbs olunub.  Dünən yerli məhkəmə onu 15 sutka azadlıqdan məhrum edib. Buna səbəb isə Tehran Musayevin guya polisə müqavimət göstərməsi olub.
AXCP mətbuat xidməti isə bildirir ki, bu hadisə hakimiyyətin siyasi fəallara qarşı növbəti qanunsuz addımıdır. Həbsin real səbəbi ötən gün Qəbələdə keçirilən türkdilli dövlətlərin sammiti ilə bağlı görülən “tədbirlər”dir. Hakimiyyət siyasi fəalın hər hansı bir hərəkətə yol verəcəyindən ehtiyatlanaraq onu şərləyərək həbsə atıb.
AXCP bu həbsi pisləyərək, Azərbaycan hakimiyyətini vətəndaşlara qarşı qisasçılıq siyasətindən əl çəkməyə çağırıb. Partiya əyalətlərdə siyasi motivlərlə həbs olanunan şəxslərin diqqətdən kənar qalmaması üçün hüquq müdafiəçilərinə də çağırış edib.
Yada salaq ki, Tehran Musayev Qəbələdə son aylarda baş tutan fəhlə etirazlarına liderlik edən şəxslərdəndir.

Siyavuş