YAP sədrinin müavinləri kabinetsiz qalıb

Əli Həsənovla Akif Əlizadəyə YAP-da iş otağı ayrılmaylb

Yeni Azərbaycan Partiyasının son qurultayından sonra sədr müavini postlarını tutan “Qaçqınkom” sədri Əli Həsənov və AMEA prezidenti Akif Əlizadə üçün partiyada iş şəraiti yaradılmayıb. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin xəbərinə görə, YAP sədrinin hər iki müavini üçün qərargahda iş otağı ayrılmayıb. Hətta bu günlərdə YAP-ın mərkəzi qərargahına baş çəkən Əli Həsənov ona aid kabinetə baxmaq istəyini desə də Mərkəzi Aparatın rəhbəri tərəfindən gözləmədiyi cavabı alıb. Belə ki, YAP-dan Əli Həsənova bildirilib ki,  mərkəzi qərargahda ona və Akif Əlizadəyə iş otağı ayrılması nəzərdə tutulmayıb.
Əli Həsənovun ona bu münasibətdən məyus olduğunu deyən mənbəmiz əlavə edib ki, “Qaçqınkom” sədri icra katibliyindən açıqlama tələb edib.