QOÇ
Liderlik xüsusiyyətinizin nümayişi baxımından əlverişli gündür. Bu gün romantik rəğbətin baş qaldıracağı, ancaq ciddi hisslərin olmayacağı bildirilir. Ilk baxışdan heyran qaldığınız anı əbəs yerə sevgi kimi xarakterizə etməyin. Işgüzar münasibətlərdə sizə yardımçı ola biləcək adamlarla görüşü axşama təyin edin.
BUĞA
Yaxşı olar ki, hisslərinizi nəzarətdə saxlayasınız. Bu gün səbrsiz, əsəbi və gərgin olacaqsınız. Amma nəzərə alın ki, günün situasiyası bunun tam əksini tələb edir. Maliyyə çətinlikləri də gözlənilir. Cərimələnəcəyiniz istisna deyil.
ƏKIZLƏR
Özünüzə çox arxayınsınız, sanki dağları aşaraq prlaq nəticə əldə etməyə qadirsiniz. Ancaq zaman keçdikcə heç də bütün işlərin öhdəsindən gələ bilmədiyinizi etiraf etməli olacaqsınız. Qeyri-adi dostluq görüşü gözlənilir. Görüşəcəyiniz şəxs bir zamanlar simpatiyanız olmayan kəslərdən biridir. Gəlirinizin olacağı da istisna deyil.
XƏRÇƏNG
Səhər tezdən gəliriniz ola bilər. Axşam saatlarında isə faydalı sövdələşməyə imza atacaqsınız. Yaradıcılıq potensialı yüksək olmasıyla günü fərqləndirəcək. Romantik görüş üçün axşam çağı məsləhətdir.
ŞIR
Günün birinci yarısının hadisələri elə də böyük əhəmiyyət kəsb etməyəcək. Işgüzar danışıqlar yaxşı keçəcək. Xüsusilə də bu gün qadın partnyorlarla dil tapmaq daha asan olacaq nəinki kişilərlə. Ailə-məişət problemlərini də asanlıqla yoluna qoyacaqsınız.
QIZ
Işlər planlaşdırdığınız kimi getməsə, kədərlənməyin. Çünki neqativ tendensiyaların təsiri elə də çox çəkməyəcək. Bu gün daha çox qadınlarla ünsiyyətdə olarkən ehtiyatlı olun. Bu gün onlara arxalanmaq olmaz. Təəssüf ki, yaxınlarınızı anlamaqda çətinliklər yaşanacaq. Mübahisələrdən qaçmaq asan olmayacaq.
TƏRƏZI
Aldadıcı gündür. Günün başlanğıcında uğur qazanmağınız sizi arxayınlaşdırmasın, çünki rahatlaşmaqla ciddi səhvə yol verəcəksiniz və bu belə də davam edəcək. Rəhbərliklə aranızda soyuqluq yaranacaq və sizə əvvəl buraxdığınız səhvlər xatırlanacaq.
ƏQRƏB
Bu gün münasibət qurmaqda çətinlikləriniz olacaq. Ən pisi də odur ki, ətrafdakılar bir çox mübahisələrin səbəbkarı kimi sizi görəcəklər. Xüsusilə, günorta çağlarında ehtiyatlı olmaq lazımdır. Bu gün təkcə dostlar deyil, bir çoxları işinizə müdaxilə edəcəklər.
OXATAN
Günün başlanğıcı çətin olacaq. Bu zaman kəsiyində sevdiyiniz adamı belə küsdürəcəksiniz. Qadınlarla, yaşlı qohumlarla münasibətdə isə ciddi fikir ayrılığı yaşanacaq. Köməyinizə həmişə güvəndiyiniz sevimli yoldaşınız və ya dost isə bu mövzuda neytral mövqedə duracaq.
OĞLAQ
Uğur qazanmaq şansınız var. Fiziki işlə, idmanla səhər vaxtlarında məşğul olun. Qalan vaxtlarda isə fiziki yükü minimum həddə çatdırın. Gün yeni tanışlıq da vəd edir. Bu gün romantik münasibətlərə başlamayın. Çünki bu münasibət sevinc gətirməyəcək.
DOLÇA
Mötəbər şəxslərlə təmasdan qaçın. Yaxşı olar ki, bu gün ümumiyyətlə, rəhbərliyin gözünə dəyməyəsiniz. Alış-veriş, sövdələşmə üçün də münasib gün deyil. Bütün uğursuzluqlara baxmayaraq, nikbinliyinizi itirməyəcəksiniz.
BALIQLAR
Evdə və işdə boş yerə mübahisələr yaşayacaqsınız. Bu olaylar sizə faciəvi görünəcək. Sərbəst çalışmaq üçün də əlverişli gündür. Yeni işlərə girişmək olar. Günün ikinci yarısında gözlənilməz və sizin üçün xoş olmayan qonağınız ola bilər.