Çöhrəqanlı və oğlu hava limanında saxlanıldı

7 illik fasilədən sonra bu gün Amerikadan Azərbaycana gələn Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Mahmudəli Çöhrəqanlı və oğlu Alparslan Çöhrəqanlı artıq Bakıdadır. Lakin onların Azərbaycana buraxılması üçün viza verilməsi prosesi ləngiyir. A.Çöhrəqanlının AzNews.az-a verdiyi məlumata görə, doktor Çöhrəqanlı və o, hazırda hava limanında gözləyirlər: “Belə hiss olunur ki, bizə viza vermək istəmirlər və geri qaytarmağa çalışırlar. Lakin hələlik konkret heç nə deyilməyib. Gözləyirik”.