«Müsəlmanların məsumluğu» filminin prodüsseri həbsxanadan buraxılıb

Avqustun 15-də «Müsəlmanların məsumluğu» filmin prodüsseri Nakula Basela Nakula (2002-i ildə aldığı sənədə əsasən adı Mark Baseli Yusef) Los-Anjeles həbsxanasından azad edilərək reabilitasiya mərkəzinə keçirilib. 

Ərəb ölkələrində qalmaqallara səbəb olan filmin prodüsseri sentyabr 26-a qədər orada saxlanılandan sonra evə buraxılacaq. Daha sonra isə dörd il sınaq müddətində «cəza çəkəcək».

Xatırladaq ki, Nakul-Yusef ötən ilin noyabr ayında həbs edilərək bir il həbs və dörd il şərti cəzaya məhkum edilib. 

Ancaq onun həbsi prodüsseri olduğu filmin çoxsaylı etirazlara səbəb olması ilə bağlı deyildi. Nakula-Yusef vaxtından əvvəl azad edilmə şərtlərini pozduğuna görə cəzalandırılmışdı. 2010-cu ildə Mark Baseli Yusef bank fırıldaqçılığından ittiam edilib və şərti olaraq həbsə məhkum edilib. Lakin məhkəmənin qərarına riayət etməyib. Bu səbəbdən də həbs cəzasına məhkum edilib. 

azadlıq.info