Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Şurasının (MŞ) sədri, Güney Azərbaycan Milli Oyaniş Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlı bu gecə Bakıya gəlir. Bu haqda Turan-a məlumatlı mənbələrdən bəlli olub.
M.Çöhrəqanlının Bakıya gəlişi problemlə üzləşə bilər. ABŞ-da mühacir həyatı yaşayan M.Çöhrəqanlı Azərbaycana gəlməkdən ötrü viza almaq üçün Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət edib. Bir həftəlik gözləntidən sonra Azərbaycan səfirliyi M.Çöhrəqanlıya viza verməyıb. Səfirlik tanınmış hərəkat rəhbərinə vizanı Bakı hava limanında almağı tövsiyə edib.
DAK sədri Sabir Rüstəmxanlı Turan-ın müxbiri ilə söhbətində bildirib ki, xoşagəlməz durumun yaranmaması üçün yüksək vəzifəli məmurlarla danışıqlar aparır.
2006-cı ildə doktor Çöhrəqanlı İranın təzyiqlərilə əvvəlcə Türkiyəyə gələrkən oradan deportasiya edilib. Türkiyədən Azərbaycana gələn hərəkat lideri elə həmin gün ölkədən deportasiya olunub. 2012-ci ildə Türkiyə tərəfi M.Çöhrəqanlını tədbirdə iştirak üçün ölkəyə buraxmayıb.
DAK rəhbərliyi 2006-cı il hadisələrinin yenidən təkrarlana bilməsindən ehtiyat etdiyini nəzərə çatdırıb