Avqustun 15-də Mərkəzi Bank rəsmi məlumat yayıb. “Media forum” saytı həmin məlumatı təqdim edir:
– Sosial şəbəkələrdə üzərində Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksləri olan 1, 5, 10, 20, 50, 100 manatlıq əsginasların şəkilləri yayılıb. Bu şəkillər milli valyutamız olan manatın yeni dizaynda tərtibatı kimi təqdim edilərək ictimaiyyətdə yanlış məlumatların yayılmasına səbəb olur və çaşqınlıq yaradır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, bu məlumatlar heç bir reallığı əks etdirmir və bu şəkillər qeyri-müəyyən şəxslərin təxəyyülünün məhsuludur.
Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əsginasların tədavülə buraxılması planlaşdırılmır.
***
Sosial şəbəkələrdə manatın yeni dizaynının fotoları yayılıb
Qeyri rəsmi məlumatlara görə 2014 cü ildə manatın yeni dizyanı daha fərqli şəkildə olacaq. “Banker.az” saytının verdiyi məlumata görə, 1, 5, 10, 20 və 50 manatların üzərində dahi şəxsiyyətlərin, 100 manatlıq əskinazın üzərində isə Heydər Əliyevin şəkli əks olunacaq.