Misir ordusu əhaliyə xəbərdarlıq etdi

Fövqaladə vəziyyəti pozanlara qarşı sərt cəzalar tətbiq olunacaq

Misir ordusu, ölkədə elan olunan fövqəladə vəziyyəti pozanlara qarşı sərt hüquqi prossedurlar tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq yayımlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Misir Müdafiə Nazirliyinin yaydığı məlumatda, Silahlı Qüvvələrin bütün vətəndaşlara qoyulan qadağalara riayət etməyə dəvət etdiyi bildirilir. Qeyd olunur ki, qadağaları pozanlara qarşı sərt cəzalar tətbiq ediləcək: “Qadağanın tətbiq ediləcəyi saatdan etibarən vətəndaşların və nəqliyyatın hərəkəti tamamilə dayanacaq, Silahlı Qüvvələr və ya polis tərəfindən verilən bütün təlimatlar yerinə gətiriləcək. Bütün vətəndaşları, ölkənin müdafiəsində dayanılması və sabitliyin təmin edilməsi üçün Silahlı Qüvvələrə və polislərə kömək etməyə çağırırıq”. Qeyd edək ki, Misir baş nazirinin mətbuat müşaviri Şərif Şövqü, bir ay ərzində, hər gün yerli vaxtla axşam saat 19.00-dan səhər saat 06.00 radələri arasında Qahirə, Giza, İskəndəriyənin şimalı, Feyyum, Minya, Asyut, Kına, Sohacın cənubu, Şimali Sina, Cənubi Sina, Süveyş, İsmailiyyə və Bahira şəhərlərində fövqaladə vəziyyətin elan edildiyini bildirib.