Misirdəki müvəqqəti hökumətin vitse-prezidenti Məhəmməd əl Baradei istefa verib. O istefa ərizəsində 1 damla qana görə belə cavabdehlik daşıya bilmədiyini qeyd edib. Misir hakimiyyəti bugünkü toqquşmalarda 149, Müsəlman qardaşları hərəkatı isə 2 mindən çox adamın öldürüldüyünü deyir. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoganın ofisi BMT bə Ərəb Dövlətləri Liqasını repressiyaları təcili dayandırmağa çağırıb. Ordu bu gün devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarının qurduğu 2 düşərgəni dağıdıb.