Misir prezidenti Qahirədə təhlükəsizlik qüvvələri etiraz düşərgələrinə hücum etdikdən və onlarla insanın ölməsindən sonra fövqəladə vəziyyət elan edib. Düşərgələri iyul ayında devrilmiş keçmiş prezident Mohammed Morsinin tərəfdarları yaradıb. Təhlükəsizlik qüvvələri 150 adamın öldürüldüyünü deyir, Müsəlman Qardaşları isə iki mindən artıq insanın öldüyünü bildirir. Fövqəladə vəziyyət yerli vaxtla 16.00-da (Bakı vaxtı 18.00) başlayıb və bir ay çəkəcək.