AFFA “Araz”a birinci dəstədə oynamağa icazə verdi
Naxçıvanın “Araz” komandası ilə bağlı yaşanan müəmmaya artıq son qoyulub. Xatırladaq ki, AFFA Naxçıvan komandasına birinci dəstədə iştirak etməsinə icazə vermirdi. Bu məsələ idman prinsiplərini aşaraq siyasi çəkişməyə çevrilmişdi.
İctimaiyyət bu məslədə kimin – Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun, yoxsa ARDNŞ-in və AFFA-nın prezidenti Rövnəq Abdullayevin qalib gələcəyi ilə bağlı müzakirələr aparırdı. Artıq məsələ yekunlaşıb və bu mubarizədən Vasif Talıbov qalib ayrılıb. AFFA İcraiyyə Komitəsinin avqustun 14-də keçirilən iclasında bununla bağlı qərar çıxarılıb. Qərara əsasən “Araz”ın birinci dəstədə iştirakına icazə verilib. Digər klubların Naxçıvan səfəri ilə bağlı xərcləri üzərinə götürə bilməməsini nəzərə alan AFFA həmin problemi də həll edib. Belə ki, bütün klubların Naxçıvan səfərlərini assosiasiya maliyyələşdirəcək.
Virtualaz.org