Naxçıvanskinin tələbəsi özünü asıb, yoxsa onu öldürüblər?
Bir neçə gün əvvəl Yasamal rayonu ərazisində 17-18 yaşlı bir gəncin intihar etdiyi barədə məlumat yayıldı. Bu olayla bağlı bəzi təfərrüatları öyrənmişik.
Əldə etdiyimiz məlumata görə, Samir adlı həmin gənc Naxçıvanski adına hərbi litseyin tələbəsidir. Onun cəsədi Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda asılmış vəziyyətdə aşkar edilib. Bildirilir ki, Samir intihar etdiyi gün axşam saatlarında evdən çıxarkən internet kluba gedəcəyini bildirib. Səhəri gün isə valideynləri onun intihar etdiyini eşidib. Lakin valideynləri onun intihar etdiyinə inanmır. Valideynləri hesab edir ki, Samiri öldürüblər. Mövzunu diqqətdə saxlayacağıq.
İnformasiya şöbəsi