Məhbəsdən Milli Şuraya vahid namizəd təklifi

Hazırda həbsdə olan tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədov qurumun bu günkü sessiyası ilə əlaqədar müraciət yayıb. Surəti redaksiyamıza göndərilən müraciətdə deyilir:

“Əziz dostlar!
Bəylər və xanımlar!
Öncə Ramazan Bayramınızı təbrik edir, sizə, ailələrinizə, dövlətimizə və millətimizə xeyirli, bərəkətli olmasını  Allahdan diləyirəm.
Vaxtınızı çox almadan aşağıdakı təklifimi müzakirəyə çıxarmağınızı xahiş edirəm:
Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun vətəndaşlıq və namizəd kimi qeydiyyat məsələsi obyektiv və qanuni səbəblərdən mümükün olmazsa, 2 il keçid müddəti üçün Milli Şuranın prezidentliyə vahid namizədi kimi Ziyalılar Forumunun üzvü akademik Rafiq Əliyevin və ya “Real” hərakatının sədri  Məmmədov İlqar Eldar oğlunun namizədliyi irəli sürülsün.
08 avqust 2013-cü il”.

azadliq.info