Kərəm Həsənovun idarəsində ölüm

57 yaşlı vətəndaş süründürməçiliyin qurbanı oldu

 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki Inventarlaşdırılması Idarəsində bir nəfər dünyasını dəyişib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, həmin şəxs sıravi vətəndaşdır.
Adını dəqiqləşdirə bilmədiyimiz 57 yaşlı həmin şəxs 3 ay imiş ki, sözügedən idarədən istədiyi sənədi ala bilmirmiş. Nəhayət, dünən növbəti dəfə idarəyə gələn vətəndaş yenə də sənədlərin hazır olmadığını eşidəndə bərk əsəbiləşib və bu zaman halı pisləşib. Bir qədər keçəndən sonra ürək tutmasından dünyasını dəyişib. Hadisəni görən idarənin işçiləri əl-ayağa düşüblər. Və bəlli olub ki, mərhumun sənədləri “hazır” imiş, amma o gəlib götürmürmüş.
Idarə rəhbərliyi bununla məsuliyyəti üzərindən atmağa çalışsa da, hadisənin şahidləri var.

 

İnformasiya şöbəsi