
İsrail fələstinlilərin iddia etdiyi işğal olunmuş ərazilərdə yeni 1200 evin inşası planını təsdiq edib. Bu mübahsiəli addım fələstinlilərlə sülh danışıqlarının bərpa etməsindən üç gün öncə atılır. İsrailin mənzil-tikinti naziri Uri Ariyel planı bazar günü təsdiq edərək, Şərqi Qüdsün yəhudilərin yaşadığı hissəsində 800 və İordan çayının Qərb sahilində daha 400 evin inşası üçün tender elan edib. Fələstin rəsmiləri İsrailin çərşənbə günü Qüdsdə planlaşdırılmış İsrail-Fələstin sülh danışıqlarından öncə attıdığı bu addımı tənqid edib. Fələstinlilər müstəqil dövlətin yaranması üçün Şərqi Qüds və İordan çayının Qərb sahili ərazilərinə iddialarını bildirib və yaşayış məntəqlərinin salınmasını bu məqsədə çatmaq qarşısında maneə hesab edir. (amerikaninsesi.org)


