ABŞ-da sərnişin təyyarəsi qəzaya uğrayıb

Konnektikut ştatı ərazisində baş verən qəza nəticəsində azı 4 nəfərin öldüyü, 3 nəfərin isə itkin düşdüyü bildirilir

Amerika Birləşmiş Ştatlarının İst Hevan şəhərində Rokvel Tirbo 690-B tipli kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. Konnektikut ştatı ərazisində baş verən qəza nəticəsində azı 4 nəfərin öldüyü, 3 nəfərin isə itkin düşdüyü bildirilir. İtkin düşənlərdən biri pilot özü, digərləri isə iki nəfər azyaşlı uşaqdır. Rəsmilərin sözlərinə görə, qəza təyyarə Tuid Nyu Hevan hava limanına eniş etmək üçün manevr edən zaman baş verib. Təyyarənin pilotu idarəetməni itirərək hava limanı yaxınlığında yerləşən yaşayış məntəqəsi ilə toqquşub. Təyyarə qəzadan dərhal sonra yanmağa başlayıb. Qəza nəticəsində, eyni zamanda, evə də ciddi zərər dəyib. Qəzanın başvermə səbəbləri isə hələlik dəqiq məlum deyil. Polis faktla bağlı araşdırma aparır.