“Qarabağ”ın “pley-off”dakı rəqibi müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasında “pley-off” mərhələsinin püşkü atılıb. 

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Turnirdə yeganə təmsilçimiz olan “Qarabağ”ın rəqibi müəyyənləşib. Komandamızın növbəti mərhələdəki Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 22-də Bakıda baş tutacaq.

Qeyd edək ki, Avropa Liqasının oyunları 22-29 avqust tarixlərində keçiriləcək.