
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirılir. Apasport.az saytının məlumatına görə, bu turdakı yeganə təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxıb. Ağdam klubunun rəqibi İsveç təmsilçisi “Gefle” olub. Bakıda 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri rəqibini Skandivaiyada da məğlub edib. Komandamız hər hissədə 1 qol vuraraq 4-cü təsnifat mərhələsinə yüksəlib. Ağdamlıların hər iki qolunu braziliyalı legionerləri vurub. Reynaldo isveçlilərlə ilk oyundakı kimi yenə fərqlənməyi bacarıb. (apasport.az)


