İngiltərənin Nortxempton şəhərindən olan 11 yaşlı məktəbli ölkənin ən ağıllı uşağı olmaq iddiasındadır. Uşağın intellekt əmsalı 162-ə bərabərdir. Bununla o 160 bal nəticə göstərmiş Bill Qeyts, Albert Enşteyn və Stiven Xokinqi geridə qoyur. Keris Kuksammi-Parnell Mensa təşkilatının yüksək əmsallı intellekti olan insanlar üçün keçirdiyi testdə iştirak edərək bu nəticəni göstərib. Məktəblinin atası da həmin təşkilatda qeydiyyatdadır və göstəricisi 142 baldır. Qızın sözlərinə görə, onun məqsədi atasının göstəricisini keçmək olub. Ancaq onu 20 bal geridə qoyacağını heç təsəvvür etməyib. Mütəxəssislər Mensi sorğusundan keçənlərin yalnız 0,004%-nin Kerisin nəticəsini göstərə biləcəyini deyir.
Kerisin atası isə qızının heç vaxt yaşıdlarından fərqlənmədiyini, sadəcə çox mütaliə etdiyini bildirib.
azadlıq.info


