Rusiya Səudiyyə Ərəbistanı ilə Suriyaya dair anlaşmanı təkzib etdi

 

Bir müddət əvvəl Qərb mətbuatında Səudiyyə Ərəbistanının Rusiyadan müəyyən şərtlər daxilində silah almaq arzusunda olduğuna dair məlumat yayılıb. Şərtlərə əsasən, Rusiya Bəşər Əsəd rejimini dəstəkləməkdən əl çəkir. Əvəzində Səudiyyə Ərəbistanı Rusiyadan 15 mlrd dollarlıq silah alır. Lakin Rusiya tərəfi belə bir təklifin olmadığını iddia edir. 

Bununla belə Britaniyanın The Times nəşri Putinə belə bir təklifin gəldiyini israr edir. Yaxın Şərqdəki mənbələrin məlumatına görə, hətta Səudiyyə krallığı Avropaya qaz nəqli məsələsində Rusiyaya ilə rəqabət aparmayacağını da vəd edib. Nəşrin yazdığına görə, bu təkliflər krallığın Təşlükəsizlik Şurasının rəhbəri şahzadə Bəndar bin Sultanın iyulun  sonlarında Moskvaya səfəri zamanı  edilib. Xatırladaq ki, Suriya müxalifəti təmsilçiləri də Səudiyyə Ərəbistanının Rusiyadan 15 mlrd dollarlıq silah almaq niyyətində olduğunu bildirirdi. 

azadlıq.info