Faktı Azərbaycan tərəfi təsdiq edib
Ermənistan Ordusunun əsgəri Akop İnciqulyan cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçib. Ermənistan mediasının məlumatına görə, əsgər avqustun 8-də gecə saatlarında Azərbaycan tərəfinə keçib. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend agentliyinə faktı təsdiqləyib və əlavə məlumatın veriləcəyini açıqlayıb.


