Bakıda 1 saylı doğum evinin baş həkimi işləmiş Stella Abbasovanın 49 yaşlı oğlu Samir Əliyevin Azərbaycan əsilli iş adamı Telman Ismayılova məxsus “Mardan Palace” hotelində dünyasını dəyişməsi haqda “press24.az” məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, mərhum bir neçə gün öncə Türkiyəyə istirahətə gedib. Avqustun 6-da səhər saatlarında onun qaldığı nömrəyə daxil olan hotelin işçisi mərhumun öldüyünü aşkarlayıb. Məlum olub ki, Samir Əliyev ondan bir gün əvvəl gecə keçinib.
“Mardan Palace” otelinin rəhbərliyindən “qafqazinfo”ya daxil olan məlumata görə, ölüm hadisəsi “Mardan Palace”də deyil, ona qonşu olan “Kremlin” otelində olub: “Bizə müraciət etdilər ki, həmin şəxsin cənazəsini Azərbaycana göndərmək üçün kömək edək. Biz də köməklik göstərdik”.


