Günün ulduz falı (08.08.2013)

QOÇ 

Başladığız işləri davam etdirin. Tələsməyin. Səfər və ya səyahətdə ləngimə, nəqliyyat vasitəsinin sıradan çıxması istisna deyil. Axşam saatlarında romantik məzmunlu görüş olacaq.

BUĞA

Işdəki problemləri evə gətirməyin. Bu, ailədə yaxınlarınızın narazılığına səbəb olacaq. Planlaşdırılmamış tədbirlər gözləniilir. Şəxsi münasibətlərdə emosiyaların əsarətinə düşməyin.

ƏKIZLƏR

Alış-verişdə bədxərclik etməyin. Mötəbər insanlardan biri ilə münasibətlərdə sərinləşmə ola bilər. Yaxşı olar ki, durumu gərginləşdirməyəsiniz. Düşdüyünüz situasiya sizi kədərləndirəcək. Bu gün istənilən xırdalığın əhəmiyyəti var.

XƏRÇƏNG

Işinizin bir qismini başqasına həvalə etmək olar. Cari işləri yerinə yetirməklə kifayətlənin. Günün ikinci yarısında tələblər azalacaq. Ən kiçik məsələlərdə belə yaxınlarınızla səmimi olun. Axşam saatlarında dəvətlərdən imtina etməyin.

ŞIR 

Bu gün rəhbərlik sizdən narazı qala bilər. Nöqsanlarınıza diqqət yetirin ki, bir də onlara yol verməyəsiniz. Səbirsiz olmayın. Münasibətlərdəki gərginliyi daha da mürəkkəbləşdirməyin. Gəzinti həyatdan həzz almağınıza yardım edəcək.

QIZ

Yarımçıq işləri başa vurun. Enerjiniz və planlarınız çoxdur. Səhhətinizə də fikir verin, profilaktikanı unutmayın. Pəhrizlə bağlı prosedurlar üçün əlverişli zamandır.

TƏRƏZI 

Əvvəllər bacarmadığınız işləri indi uğurla bitirə bilərsiniz. Cari işlərlə məşğul olun. Ailə işlərində böyük yenidənqurma və dəyişikliklərə başlamayın. Gələcəklə bağlı planlar qurun.

ƏQRƏB

Yaxın günlərdəki perspektivlərinizin təməli qoyulacaq. Yeni layihəyə sərmayə yatırmağa tələsməyin. Bu mövzuda intuisiyanıza qulaq asın. Diqqətinizi əsas işdən yayındırmayın. Sizə yardım etmək istəyən insan varsa, bu şansdan yararlanın.

OXATAN

Son vaxtlar intensiv çalışdığınız sahədə ləngimələr yarana bilər. Çoxsaylı ideyalar və təkliflər ola bilər. Alınan informasiyanı süzgəcdən keçirin. Perspektivləriniz üçün faydalı ola biləcək məlumatı seçin.

OĞLAQ

Köhnə tanışlardan biri özünü xatırladacaq. Işlərin öhdəsindən uğurla gəlmək üçün aramla çalışın. Əvvəllər dəfələrlə təxirə salınan iş yenidən aktuallaşır. Əlaqələri təhlil etmək üçün yaranmış imkandan faydalanın.

DOLÇA

Işinizi diqqətlə görün, tələsməyin. Ikinci dərəcəli işləri müəyyənləşdirərək onların bəzilərini təxirə sala bilərsiniz. Rəqiblərinizdən biri səylərinizdən bəhrələnməyə çalışacaq. Kollektivdəki şərait intriqalara meyllidir. Istənilən mövzuda emosional mövzu var. 

BALIQLAR

Emosional gündür. Tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Münaqişənin qarşısını almaq lazımdır. Axşam saatlarına yaxın maraqlandığınız və ya xoşladığınız işlə məşğul olun. Bu, stressdən qurtulmağınıza səbəb olacaq.