Mülkiyyət hüquqları ilə bağlı yazı müsabiqəsinin qalibləri bilindi

 

Mükafatçılar arasında “Azadlıq”ın da əməkdaşı var

Azərbaycan Hüquqçuları Asosssasiyasının(AHA) “Azərbaycanda mülkiyyət hüquqları necə qorunur” mövzusunda jurnalistlər üçün elan etdiyi yazı müsabiqəsinin qalibləri bəlli olub. Dünən keçirilən tədbirdə qaliblərin adları açıqlanıb. AHA prezidenti Ənnağı Hacıbəyli bildirib ki, müsabiqəyə ümumilikdə 10 yazı təqdim edilib. Münsiflərin rəyinə görə, üç yazı ən çox bal toplayıb. “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayeva birinci(500 manat) olub. İkinci yerin qalibi(300 manat) “Üç nöqtə” qəzetinin əməkdaşı Xalid Vahidoğlu, üçüncü yerin qalibi(200 manat) isə “Azadlıq”ın əməkdaşı Ramin Deko olub. Layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.