Həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun köməkçisi Asif Oruclu həbs edilib. AzNews.az-ın məlumatına görə, A.Oruclu İ.Məmmədovun həbsinə etiraz məqsədilə keçirilən aksiya zamanı saxlanılıb. O, Binəqədi rayon Məhkəməsinin qərarı ilə 7 sutka azadlıqdan məhrum edilib.
Qeyd edək ki, REAL Hərəkatı avqustun 4-də sədrləri İ.Məmmədovun həbsinin 6 ayının tamamlanması ilə bağlı dinc yürüş keçirmişdilər.


