Qurban Məmmədov apelyasiya şikayəti verib

Vəkil Qurban Məmmədovun həbs müddətinin uzadılması barədə qərardan apelyasiya şikayəti verilib. Bu barədə APA-ya vəkil Cavad Cavadlı məlumat verib.

C.Cavadlı apelyasiya şikayətinə yaxın günlərdə baxılacağını deyib. Qeyd edək ki, Q.Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Avqustun 1-də isə məhkəmə həbs müddətini 1 ay da uzadıb. Apelyasiya şikayəti həmin qərardan verilib.