2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri – İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı prof. Ramon y Cajal tərəfindən yaradılmışdır.
2013-ci ilin iyul ayında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək 25 000 ali məktəb, o cümlədən Azərbaycandan 38 ali məktəb növbəti dəfə öyrənilmiş, tədqiq olunmuşdur. Nəticədə ali məktəblərin adı açıqlanmış, onların hər birinin tutduğu yer elan olunmuşdur.
Yüksək liqada (ilk 1/3) Azərbaycandan yalnız iki universitet – Bakı Dövlət Universiteti və Xəzər Universiteti yer alıb. Müqayisə üçün qeyd edək ki, burada- ilk 1/3-də Gürcüstandan – 5, Ermənistandan – 3, Moldovadan – 4, Belarusdan – 16, Estoniyadan – 10, Latviyadan – 11, Litvadan – 14, Qırğızıstandan – 5, Özbəkistandan – 4, Qazaxıstandan – 20 ali məktəb yer alıb.
Dünyanın ən yaxşı 1650 kitabxanası arasında Azərbaycandan yalnız Xəzər Universitetinin kitabxanası yer ala bilmişdir. Xəzər Universiteti kitabxanası Dünya üzrə 1040-cı, Avropa üzrə isə 477-ci yerdədir.
BDU və Xəzər Universitetindən sonra gələn Azərbaycan Diplomatiya Akademiyası ilk on minliyə düşə bilmişdir.
BDU və Xəzər Universiteti dünyanın ən yaxşı ali məktəbləri arasında
•


