Moskvada miqrantlara daha bir zərbə

Rusiya paytaxtında “Vıxino” kənd təsərrüfatı bazarı bağlanıb

Bu gün Rusiya paytaxtı Moskvada «Vıxino» kənd təsərrüfatı bazarı bağlanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şəhər rəhbərliyi bazarda ticarətin sanitariya tələblərinə uyğun gəlmədiyini bildirib. Bazarın Krasnıy Kazanets küçəsindəki ərazisi möhürlənib. Hələlik bazar 5 sutkalıq bağlanıb, amma məhkəməyə 90 günlük bağlanış tələbi göndərilib.