Baş redaktora iki aylıq həbs

Bu gün Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında “Nota Bene” qəzetinin və “psnota.com” xəbər portalının baş redaktoru Sərdar Əlibəyli barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarılıb. Bu barədə məlumatı Avropa.info-ya məhkəmə iclasında iştirak edən gənc siyasi fəal Dəyanət Babayev verib.
Baş redaktora AR CM-in 121-vi maddəsinə əsasən xuliqanlıq ittihamı elan olunub. O, vətəndaşı döyərək ona xəsarət yetirməkdə günahlandırılır. Məhkəmə iclasında S.Əlbəyli itiihamı rədd edib, özünü təqsirsiz bilib və zərərçəkəni tanımadığını dilə gətirib.
Məhkəmə iclasında sabiq müdafiə naziri Rəhim Qazıyev və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov da iştirak edib.