«Transparency İnternational»dan şok açıqlama

Gürcüstan polis sistemində korrupsiya hallarının azlığına görə, dünya üzrə 5-ci yeri tutur

 

Gürcüstan polis sistemində korrupsiya hallarının azlığına görə dünya üzrə 5-ci yeri tutur. Bu məlumatı beynəlxalq qeyri-hökumət təşkilatı olan “Transparency International” yayıb. Qurumun hesabatlarında göstərilir ki, ötən il ərzində əhalinin cəmi 3 faizi 9 dövlət müəssisəsində rüşvət verməli olub.
Bu göstəriciyə görə, Gürcüstan dünyanın ən az korrupsiyalaşmış dövlətlər qrupuna daxil edilib. Bu qrupda Gürcüstanın adı Avstraliya, Kanada, Danimarka, Finlandiya, Almaniya, Israil, Polşa, Norveç, Ispaniya, Böyük Britaniya və ABŞ kimi inkişaf etmiş ölkələrlə bir yerdə çəkilir.
Rəyi soruşulan respondentlərin 78 faizinin fikrincə, son 3 il ərzində ölkədə korrupsiyanın səviyyəsi xeyli azalıb. Respondentlərin 9 faizi əks mövqedə dayanıb.