Gürcüstan və Ermənistan Avropaya gedir

Azərbaycan isə Avropa Birliyinə qoşulub-qoşulmayacağı barədə niyyətini hələ də açıqlamayıb

Ermənistan və Gürcüstan Avropa Birliyi ilə assosiasiya razılaşması ilə bağlı hazırlıqlarını ötən həftə bitirib. Bu razılaşma, azad ticarət haqqında sazişlərlə birlikdə, hər iki ölkəni Avropa Birliyinə daha da yaxınlaşdıracaq. Amma “Şərq Tərəfdaşlığı” proqramına daxil altı keçmiş sovet respublikası üçün hələ də maneələr qalmaqdadır.
“Azadlıq” radiosunun Brüssel müxbiriÿ Rikard Jozwiakÿbu mənada Ermənistan və Gürcüstanı, eləcə də Azərbaycan, Belarus, Moldova və Ukraynanı “Şərq Tərəfdaşlığı”nın noyabr ayında Vilnüsdə keçiriləcək sammiti ərəfəsində nələrin gözlədiyinə nəzər yetirib. Bu sammitdə Brüsselin həmin ölkələrlə münasibətləri bir daha saf-çürük ediləcək.
Moldova, ilin əvvəllərində siyasi böhran yaşasa da, “Şərq Tərəfdaşlığı”nın ən uğurlu şagirdidir. Ötən iyun ayında Kişinyov Avropa Birliyi ilə assosiasiya razılaşmasına dair danışıqları başa vurub. Imzalanma mərasiminə hazırlığın Vilnüs sammitində başlanacağı gözlənilir. Moldova üçün növbəti məntiqi addım Birlik üzvlərinin bu ölkəni potensial namizəd kimi tanıması olacaq. Hazırda Bosniya-Hersoqovina və Albaniyanın belə statusu var.
Ukrayna Birlik üzvlüyünə can atan keçmiş sovet respublikaları arasında ən çətin proqnozlaşdırılan ölkədir. Bir tərəfdən Ukrayna digər 5 ölkədən irəlidədir. Onun assosiasiyaya və DCFTAÿ sazişinə qoşulmasına artıq start verilib.ÿAmma bunların Vilnüs sammitində imzalanıb-imzalanmayacağı və daha sonra AB üzvləri tərəfindən ratifikasiya edilib-edilməyəcəyi bilinmir. Avropa Birliyi liderləri bildiriblər ki, Ukrayna bir sıra seçki və ədliyyə islahatlarını tamamlamalıdır. Onların ən böyük narahatlığı Ukrayna ədliyyəsinin seçkili yox, təyinatlı olmasıdır. Son möhlət bir neçə dəfə dəyişdirilsə də, indi belə görünür ki, oktyabradək dəyişiklik gerçəkləşməlidir.
Avropada ən böyük sağ mərkəzçi təşkilat olan Avropa Xalq Partiyası Ukraynaya yaşıl işıq yandırılmazdan öncə keçmiş baş nazir Timoşenkonun azadlığa buraxılmasını istəyir. Gürcüstan assosiasiya razılaşmasının və DCFTA sazişinin hazırlığını bu həftə başa vurub və Moldova kimi onun da işinə noyabrda baxılacağı gözlənilir. Viza sisteminin liberallaşdırılması barədə razılaşmalar da hazırdır. Lakin Ukraynaya münasibətdə olduğu kimi, AXP bir sıra məsələlərdən, o cümlədən, ölkədə bir sıra müxalifət fiqurlarına qarşı siyasi motivli cinayət işlərinin qaldırılmasından narahatdır.
Ermənistanla imzalanacaq sənədin preambulunda bəlkə Gürcüstandakından da çox pərtlik gətirən məqamlar var. Burada söhbət Ermənistanın Avropa kimliyindən və ya Ermənistanın başqa Avropa ölkələri ilə paylaşdığı dəyərlərdən getmir. Brüsselin ən böyük vəzifəsi Ermənistanı Moskvanın Gömrük Ittifaqına üzv olmamağa inandırmaqdır.
Azərbaycan bu qrupda yeganə ölkədir ki, Avropa Birliyinə qoşulub-qoşulmayacağı barədə niyyətini açıqlamayıb. Danışıqlar sürür və söhbət ticarət hissəsi olmadan assosiasiya sazişinin imzalanmasına gələndə, belə başa düşmək olar ki, bu il heç nə gözlənilmir. Bununla belə, viza rejimi barədə sazişin Vilnüsdə imzalanacağını gözləmək olar. Istər Bakı, istərsə Brüssel bu mərhələdə enerci təhlükəsizliyi sahəsində daha dərin əməkdaşlığa meyllidir. Avropa Birliyi özünün Rusiyadan enerci asılılığının aradan qaldırılmasında Azərbaycanı əsas oyunçulardan biri sayır.
Belarus bu qrupda ən bilinməz ölkədir. Bu ölkə barədə nə assosiasiya söhbətləri edilir, nə də onun, ümumiyyətlə, Vilnüs sammitinə qatılıb-qatılmayacağı bilinir.