Bu gün AXCP Gənclər Komitəsi üzvü Tural Həsənzadənin işi üzrə apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılmalı idi. Ancaq Tural Həsənzadə məhkəmə zalına gəlməkdən imtina edib. O, addımını belə izah edib ki, onsuz da həbs müddətinin bitməsinə 17 gün qalıb, məhkəməyə lüzum görmür. Buna baxmayaraq, növbəti məhkəmə prosesi avqustun 15-nə təyin olunub.
Xatırladaq ki, Tural Həsənzadə Hepatit C xəstəliyindən əziyyət çəkir. O, 12 yanvar “Əsgər ölümlərinə son!” aksiyasında saxlanılmışdı və məhkəmə onu 600 AZN cərimələmişdi. 26 yanvar “İsmayıılıya dəstək” aksiyasında isə polis idarəsində vəziyyəti pisləşdiyi üçün hamıdan əvvəl azad olunmuşdu. Bir neçə gün sonra isə onu yenidən polis bölməsinə çağırıb, daha sonra məhkəməyə çıxarmışdılar. Məhkəmə Turalın əvvəldən qalan məhkumluğunun tamamlamasına qərar vermişdi.


