Günün ulduz falı (01.08.2013)

QOÇ

Yeniliyə can atmaq sizin xeyrinizə olacaq. Həyatınızı özünüz istədiyiniz kimi dəyişə bilərsiniz. Nüfuzunuz artacaq. Yola çıxmaq üçün münasib gündür. Əhatənizdəkilər sizin uğurlarınızla yanaşı, axsamalarınızı da görəcək.

BUĞA

Enerjilisiniz, heç nə məqsədinizə çatmağa mane ola bilməz. Günün nəticələri sizin nə dərəcədə həvəsli olmağınızla bağlı olacaq. Strateji məsələlərin müzakirəsi, uzunmüddətli planların qurulması, müqavilə imzalanması üçün əlverişli gündür.

ƏKIZLƏR

Bürcün nümayəndələrinin intellektual potensialı yüksək olacaq. “Əkizlər”in bacara bilmədiyi iş yoxdur. Etibarlı mənbədən faydalı məlumat alacaqsınız. Son zamanlar darıxdığınız adamlarla ünsiyyətdə olacaqsınız. Bu gün qonaq qarşılamaq üçün münasib zamandır.

XƏRÇƏNG

Bu gün həyatınızı kökündən dəyişə biləcək qərar verə bilərsiniz. Bəzən mübahisələr zamanı yersiz inadkarlıq nümayiş etdirirsiniz, qarşı tərəfin ünvanına kəskin ifadələr səsləndirirsiniz. Xoşbəxtlikdən sizdən incimirlər.

ŞIR

Müttəfiq, həmkar axtarışına çıxmaq üçün münasib gündür. Sizinlə məqsəd və fikirlərinizi bölüşməyə razı olan adamlar ətrafınıza toplaşacaq. Bir az inadkar olmağa da dəyər, çünki yeni tanışlar arasında sizdən xoşu gəlməyənlər də olacaq.

 QIZ

Sizin azad hərəkət etməyə ehtiyacınız var. Kiminsə açdığı cığırla hərəkət etməklə bir gün anlayacaqsınız ki, bu yol sizin deyil. Fəal istirahət, idmanla məşğul olmaq, təmiz havada gəzmək üçün əlverişli gündür. Bu cür fiziki fəaliyyət həm əhvalınıza, həm də səhhətinizə müsbət təsir edəcək.

 TƏRƏZI

Bu gün eksperimental və ekstravaqant hərəkətlərə yol verməkdən çəkinməyin. Qısa səfərlərin uğurlu olacağı bildirilir. Bu gün ziyarət edəcəyiniz məclislər sizi sevindirəcək. Ətrafdakılar sizi yeni ampluada görəcəklər. Bu da romantik bağlılıqla nəticələnə bilər.

ƏQRƏB

Maliyyə durumunuz yaxşı olmayacaq. Siz bədxərclik edirsiniz. Pulla riskə getməklə onları itirə bilərsiniz. Sevgidə bu gün bəxtiniz gətirəcək. Romantik münasibətlər baxımından əla gündür.

 OXATAN

Yaradıcı və enerjilisiniz. Bu səbəbdən yorğunluq sizə qənim kəsilməyəcək. Ulduzlar bildirir ki, bu gün dağı dağ üstünə qoya bilərsiniz. Istənilən əyləncəli mərasim təşkil etmək üçün münasib gündür.

 OĞLAQ

Qəribə gündür, hamı ilə dil tapırsınız, özünüzlə isə bacarmırsınız. Sizin barənizdə deyilən xoş ifadələrə gülürsünüz, çünki ətrafa neqativ baxışla baxırsınız. Təsadüfi tanışların istəklərini reallaşdırmağa çalışırsınız. Bu isə sizi asan idarə edənlərin qurbanına çevirə bilər.

DOLÇA

Pulu böyük həvəslə xərcləyirsiniz. Alış-verişdən, əyləncədən böyük zövq alırsınız. Ancaq yaxşı olar ki, maddi vəziyyətinizi nəzərə alasınız. Ehtimal ki, yaxın ətrafınızla mübahisəyə yol açacaq anlaşılmazlıq yaşayasınız.

BALIQLAR

Gələcəyə nikbin baxırsınız. Qarşınızda yeni perspektivlər açılacaq. Müdrik adamların məsləhətinə qulaq asın. Özünüzün daxili səsinizə də əhəmiyyət verin. Ehtimal ki, atacağınız cəsarətli addım həyatınızı kökündən dəyişə bilər.