«Yalançı vətənpərvərləri məyus etmək istəyirəm – otel gürcü ailəsinə məxsusdur»
“Milli Şuranı öz tədbirlərini erməniyə məxsus oteldə keçirməkdə ”ifşa edən” bir sıra KIV-lərin və telekanalların cəhdləri gülüncdür”. Bunu “Turan”a açıqlamasında Milli Şuranın icra aparatının sədri Eldar Namazov bildirib: “Bəziləri bizi ermənilərlə əməkdaşlıq etdiyimizə görə utandırmağı qərara alıb.
Amma bu yalançı vətənpərvərləri məyus etmək istəyirəm – otel gürcü ailəsinə məxsusdur.
Otellərə yerləşərkən heç kim onların sahibinin milliyyətini soruşmur. Amma hətta Milli Şura belə bir “günah” işləyibsə belə, qoy bu “vətənpərvərlər” müntəzəm olaraq həmin bu oteldə tədbirlərini keçirən SOCAR-ı da, digər Azərbaycan təşkilatlarını da utandırsınlar”.
Qeyd edək ki, bir sıra hökumətyönlü KIV-lər iki gündür Milli Şuranın öz görüşünü erməniyə məxsus Tbilisi otelində keçirdiyini deyərək bunu “qeyri-vətənpərvər addım” və “satqınlıq” adlandırırlar.


