AXCP Gənclər Komitəsi üzvü Tural Həsənzadənin işi üzrə apelyasiya şikayəti verilib. Vəkili Mənsum Bayramovun verdiyi məlumata görə, şikayətə avqustun 1-i, saat 11:00-da Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq. Vəkil hesab edir ki, işə ədalətli baxılsa Tural Həsənzadə elə həmin gün azadlığa buraxıla bilər. Onun həbs müddətinin bitməyinə 17 gün qalıb.
Xatırladaq ki, Tural Həsənzadənin əvvəllər üzərində məhkumluğu olub. Amma ağır xəstəlikdən (Hepatit C) əziyyət çəkdiyi üçün azdlığa buraxılıb. O, 12 yanvar “Əsgər ölümlərinə son!” aksiyasında saxlanılmışdı və məhkəmə onu 600 AZN cərimələmişdi. 26 yanvar “İsmayıılıya dəstək” aksiyasında isə polis idarəsində vəziyyəti pisləşdiyi üçün hamıdan əvvəl azad olunmuşdu. Bir neçə gün sonra isə onu yenidən polis bölməsinə çağırıb, daha sonra məhkəməyə çıxarmışdılar. Məhkəmə Turalın əvvəldən qalan məhkumluğunun tamamlamasına qərar vermişdi.
Bəyim Həsənli


