İyulun 31-də “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşad Həsənovun həbsinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb. “Media forum” saytına danışan vəkil Abil Bayramov deyib: “Hakim Səyyad Qafarlının sədrliyi ilə keçirilən prosesdə verdiyimiz vəsatət təmin olunmadı və Rəşad Həsənov həbsdə qaldı”.
Vəkilin sözlərinə görə, Rəşad Həsənovda prosesdə iştirak edirdi: “Saxlanma şəraiti və səhhəti normaldır. Heç bir şikayəti yoxdur”.
Bakı İstintaq Təcridxanasında saxlanan Rəşad Həsənov martın 14-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona qanunsuz olaraq partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürülüb.


