Moskva polisinin keçirdiyi əməliyyatlar zamanı 300-ə qədər qafqazlı saxlanılıb
Iyulun 29-da Moskva polisi açıq ticarət sahələrində (Moskvadakı bazarlarda) kütləvi saxlama əməliyyatı keçirib. “Azadlıq” radiosunun “RIA Novosti”yə istinadən yaydığı məlumata görə, nəticədə 300-dək adam saxlanıb. Onların hamısı qafqazlılardır. Saxlanılanların hər hansı cinayətdə əli olub-olmadığı araşdırılacaq. Paytaxt polisi əməliyyatın yaxın günlərdə də davam edəcəyini bildirib.
Əməliyyat iyulun 27-də baş verən və geniş əks-səda doğuran olaydan qaynaqlanıb. Həmin gün Moskva polisi zorlamada şübhəli bilinən 18 yaşlı Maqomed Maqomedovuÿyaxalamaq üçün şəhərin “Matveyev bazarı”na gəlir. Maqomedovu avtomobilə mindirəndə onun qohumları etiraz edərək, polis işçilərinə zərbələr endirməyə başlayırlar. Bu arada etirazçılardan biri, 34 yaşlı Maqomed Rasulovun zərbəsi bir polisin alnına dəyir. Nəticədə polis baş leytenantıÿAnton Kudryaşovÿağır kəllə-beyin zədəsi alır.
Qarışıqlıqdan yararlanan Rasulov hadisə yerindən qaça bilir. Həmin gün polis zorlamada şübhəli bilinən Maqomed Maqomedovu və etiraz zamanı xüsusi fəallığı ilə fərqlənən bir qadını həbs edir. Rasulov bir gün sonra – iyulun 28-də Moskvanı tərk etmək istərkən şəhərlərarası avtobusda yaxalanır.
Indi polis əməkdaşının həyatına sui-qəsd maddəsilə cinayət işi açılıb və Maqomed Rasulovu ömürlük həbs gözləyir. Olayla bağlı polis də cəzasız qalmayıb. “Interfaks” agentliyinin Rusiya Daxili Işlər Nazirliyinə istinadən yaydığı məlumata görə, Moskvanın Oçakovo-Matveyevsk rayonunun polis rəisi tutduğu vəzifədən azad edilib.
Rusiya Daxili Işlər Nazirliyinin mətbuat xidməti həmin idarənin bir sıra başqa vəzifəli şəxsləri barədə də araşdırmalar aparıldığını açıqlayıb. Araşdırmaların nəticələri barədə mediaya əlavə məlumat veriləcək.


