“Onun kimisə döyməsinə inanmıram”
Xalq şairi, Azərbaycan Yazıçılar Biliyinin üzvü Vaqif Səmədoğlu Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqovun müdafiəsinə qalxıb. V.Səmədoğlu Y. Sadıqovun kimisə döyməsinə inanmadığını bildirib: “Yadigarı çoxdan tanıyıram. O, mənim dostum, sevdiyim, hörmət bəslədiyim adamdır”.
Xatırladaq ki, Müsavat başqanının müşaviri Lənkəranda siyasi fəallıq göstərdiyinə görə hakimiyyətin hədəfinə çevrilib və iyun ayının sonlarında quraşdırılmış təxribata cəlb edilərək barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb (musavat.com).


