Ölən Bakı yaxınlığındakı hərbi hissənin əsgəri Cavid Məmmədovdur
Azərbaycan Ordusu daha bir əsgərini itirib.Müdafiə Nazirliyinin Bakı yaxınlığındakı “N” saylı hərbi hissənin əsgəri Məmmədov Cavid Samir oğlu göldə çimərkən boğularaq ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.


